22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Tibb üzrə 2024-cü il Nobel Mükafatının sahibləri məlum olub

07-10-2024
IMG

Mükafat ABŞ-dan Viktor Ambros və Qari Ruvkuna mikroRNT-nin kəşfinə və genlərin redaktəsi ilə bağlı işlərinə görə verilib. İsveçin Karolinska İnstitutunda keçirilən mətbuat konfransında tibb üzrə 2024-cü il Nobel mükafatı laureatları açıqlanıb.

Ambros və Ruvkun mikroRNT-nin kəşfindəki işlərinə və transkripsiyadan sonrakı gen tənzimlənməsindəki roluna görə mükafatlandırılıblar.
İkili genlərin tənzimlənməsində mühüm rol oynayan yeni kiçik RNT molekulu olan mikroRNT-ni kəşf edib və onların tapıntıları yeni bir gen tənzimləmə prinsipini ortaya qoyub.

Sözügedən araşdırma göstərdi ki, mikroRNT-lər çoxhüceyrəli orqanizmlər, o cümlədən insanlar üçün vacibdir və orqanizmlərin inkişafı və fəaliyyətində mühüm rol oynayır.

Qeyd edək ki, İsveçli Alfred Nobelin ölümündən sonra 9 iyun 1900-cü ildə təsis edilən Nobel Fondunun bəşəriyyətə xidmət edənlərə verdiyi mükafatlar dünyanın ən nüfuzlu mükafatları hesab olunur.

Nobel mükafatları İsveç Kral Elmlər Akademiyası, İsveç Akademiyası, Karolinska İnstitutu və Norveç Nobel Komitəsi tərəfindən 5 sahədə-fizika, kimya, ədəbiyyat, sülh və tibbdə ən uğurlu hesab edilən şəxslərə və ya təşkilatlara verilir.

Bundan əlavə, iqtisadiyyat üzrə Nobel mükafatı ilk dəfə 1969-cu ildə İsveç Mərkəzi Bankının 1968-ci ildə Alfred Nobelin xatirəsinə iqtisadiyyat üzrə mükafatın verilməsi haqqında qərar qəbul etdiyi zaman verilib.

Nobel mükafatları hər il dekabrın 10-da Alfred Nobelin vəfatının ildönümündə keçirilən mərasimdə sahiblərinə təhvil verilir.

1901-ci ildə təsis edildiyi vaxtdan bəri mükafatların verilmədiyi bir neçə il olub. Mükafatların ləğvi hallarının əksəriyyəti Birinci və İkinci Dünya Müharibəsi zamanı baş verib.

Covid-19 epidemiyası səbəbindən 2020 və 2021-ci illərdə mükafatlandırma mərasimləri keçirilməyib.

Paylaş: