THY-dən Boeing 737 MAX 9 qərarı
Alyaska Hava Yollarına məxsus Boeing 737 MAX 9 tipli təyyarənin havaya qalxma zamanı təcili çıxış qapısı qırıldıqdan sonra ABŞ Federal Aviasiya İdarəsi oxşar konfiqurasiyaya malik 171 təyyarənin uçuşunu müvəqqəti olaraq qadağan etdiyini açıqlayıb. Bu qərardan sonra Türk Hava Yolları Boeing 737 MAX 9 tipli 5 təyyarəni donanmasından geri çəkdiyini açıqlayıb.
THY-nin uçuşları geri götürməsi qərarından sonra İranda 2 ədəd Boeing 737 MAX 9 təyyarəsinin statusu qeyri-müəyyən olaraq qalır. THY İranda qalan təyyarələrin Türkiyəyə gətirilib-gətirilməyəcəyi ilə bağlı açıqlama verməsə də, 5 təyyarənin geri çəkilməsinin uçuşlara mənfi təsir göstərəcəyi təxmin edilir. 2018-ci ildə Boeing 737 Max 8 tipli təyyarələrin istismardan çıxarılması aviaşirkətlərin böyük itkilərə məruz qalmasına səbəb olmuşdu.
Dünyanın hər yerindən hava yolu şirkətləri aylarla yerdə qalan təyyarələr səbəbindən yüz milyonlarla dollar itirib. Təyyarənin istehsalçısı “Boeing” bu itkilərin bir hissəsini ödəyib.
Boeing 737 MAX 9 təyyarələrinin yerə enməsi səbəbindən THY-nin bəzi uçuşlarında fasilələr yarana biləcəyi bildirilsə də, təyyarələrin geri çəkilməsi nəticəsində dəyən ziyanı necə ödəyəcəyi hələlik bəlli deyil. 2018-ci ildə İndoneziyada, 2019-cu ildə isə Efiopiyada Boeing-in “737 Max 8” tipli təyyarələri proqram səhvinə görə qəzaya uğradıqdan sonra bu təyyarələrin bütün dünyada uçuşları dayandırılıb.
Boeing şirkəti tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, Boeing "737 Max 8" tipli təyyarənin hündürlük bucağını tənzimləyən sensorlar arasında məlumat uyğunsuzluğu yaranıb.
Daha sonra Boeing tərəfindən hazırlanan yeni proqram təyyarələrə quraşdırıldıqdan sonra "737 Max 8" tipli təyyarələr uçuşa başlayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...