Texnologiyanın trenddə olan təsirlərindən biri-Doomscrolling
Texnologiyanın inkişafı son on ildə nəzərə çarpacaq dərəcədədir. Rəqəmsal sosial media platformalarının və rəqəmsal informasiya kommunikasiya sistemlərinin böyüməsi hədsiz dərəcədə inkişaf etmişdir. Amma bu inkişaf təəssüf ki, texnologiyanın neqativ tərəflərini də üzə çıxarır. Doomscrolling texnologiyanın trenddə olan təsirlərindən biridir. Daha doğrusu, müasir cəmiyyətdəki texnoloji auditoriyaya mənfi təsir edən təhlükəli bir həyat tərzidir.
Bundan əlavə, Doomscrolling xəbərlərin və internetdəki mənfi məlumatların sərhədsiz və qaranlıq tərəflər vasitəsilə ölümcül istehlak aspektlərini izah etmək üçün istifadə olunan jarqondur. Əgər siz dayanmadan kədərli və faciəli xəbərlər qəbul edəcəksinizsə, Doomscrolling sindromu sizə də təsir edəcəkdir.
“Journal of Computers in Human Behavior Reports” jurnalında dərc olunan yeni araşdırmada bir qrup tədqiqatçı ABŞ və İrandan olan 800-dən çox kollec tələbəsi arasında sorğu keçirərək,neqativ xəbərlərin dövriyyəsi ilə ekzistensial narahatlıq, ümidsizlik, etibarsızlıq və s. arasında əlaqə tapıb. Tədqiqatın aparıcı müəllifi, Flinders Universitetinin tədqiqatçısı Reza Şabahangın fikrincə, neqativ xəbərlərə davamlı məruz qalmaq travma mənbəyinə çevrilə bilər.
Tədqiqat qrupunun fikrincə, bu, həyatın kövrək və məhdud olduğu, insanların əsas etibarilə tək olduğu və fərdlərin öz həyatlarına tam nəzarət edə bilməməsinə səbəb ola bilər.Xəbərin pis olub-olmamasından asılı olmayaraq, hər hansı bir media və ya sosial media saytında çox vaxt keçirmək depressiya hissləri ilə əlaqələndirilir.
Əgər siz texnoloji dünyanın rəqəmsal məzmununa yönəlməmisinizsə, qaranlıq və faicəvi xəbərlər zehni vəziyyətə tez-tez təsir göstərəcəkdir. Bu bir nöqtədən sonra asılılıq yarada bilər və texnoloji istifadəçinin ruhi vəziyyətinə təsir göstərə bilər. İnsanların zehni vəziyyəti təhlükəyə cəld bir şəkildə cavab vermək üçün qurulmuşdur. İnsan hər dəfə Doomscrolling etdiyi zaman zehni vəziyyəti daha çox təhlükəyə məruz qalır. Doomscrolling dayandırıla və yüngülləşdirilə bilər
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...