22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Texnologiyada inqilab: Protez əllər düşüncənin gücü ilə hərəkətə gətirildi

20-10-2024
IMG

Alman Nevroloqlar protez əllərin beyin-kompüter interfeysləri vasitəsilə düşüncə gücü ilə daha dəqiq hərəkət etdirilməsi üçün yeni təlim protokolu hazırlayıblar. Rezus meymunları üzərində aparılan təcrübələrdə meymunlar əllərindən istifadə etmədən virtual əli yalnız beyin siqnalları ilə hərəkət etdirə biliblər. Alimlər bu kəşfin xüsusilə iflic xəstələri üçün böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

Almaniyadakı Primat Mərkəzinin nevroloqları beyin-kompüter interfeysləri  ilə protez əllərə daha dəqiq nəzarət etməyə imkan verəcək yeni təlim protokolu hazırlayıblar.Tədqiqat Macaca mulatta rhesus meymunları üzərində aparılıb və bu yeni üsul protez əllərin yalnız beyin siqnalları və düşüncə gücündən istifadə edərək daha dəqiq şəkildə hərəkət etdirilməsini təmin edib.

Tədqiqatçılar bu təcrübədə beyindəki əllərin vəziyyətini idarə edən siqnalların əl hərəkətlərinin sürətini idarə edən siqnallardan daha əhəmiyyətli olduğunu kəşf ediblər. 

Bu ixtira iflic olan xəstələr üçün hazırlanmış neyroprotezlərin incə motor bacarıqlarının təkmilləşdirilməsi istiqamətində mühüm addım hesab olunur.

Tədqiqat çərçivəsində rhesus meymunlarına virtual reallıq mühitində əllərindən istifadə edərək "avatar" əli idarə etmək öyrədilib.

Daha sonra meymunlar əllərindən fiziki istifadə etmədən, sadəcə beyin siqnalları ilə virtual əli hərəkət etdirə bildilər.

Beyin-kompüter interfeysi ilə ölçülən neyron fəaliyyətləri tədqiqatçılar tərəfindən protez əlin incə motor bacarıqlarını yaxşılaşdırmaq üçün optimallaşdırılmışdır. Bu araşdırmanın nəticələri ALS üçün xüsusilə əhəmiyyətlidir.

Paylaş: