Texas su altında qalıb
"Alberto" tropik qasırğası Meksikanın körfəz sahillərini vurub. Atlantik qasırğa mövsümünün ilk fırtınası olan "Alberto" tropik qasırğası Meksikanın şimal-şərqində, ABŞ-nın Texas ştatında güclü yağışlara səbəb olub.
Texasda küçələri su basıb. Meksikanın Körfəz sahillərini vuran tropik "Alberto" qasırğası səbəbindən ABŞ-nın Texas ştatında güclü yağışlar baş verib. Bölgədə güclü yağışlardan sonra baş verən sel həyata mənfi təsir edib. Küçələr və yollar su altında qalıb, bəzi evləri su basıb.
Qeyd edək ki, Meksika körfəzinin cənub-qərbində təsirli olan və ABŞ-nın bəzi sahillərinə, xüsusilə Texasa təsir edən Alberto Tropik Fırtınası sıx bir qasırğa mövsümünün ilk fırtınasıdır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...