22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Tesla Çində satdığı 1,6 milyon elektrik avtomobilini geri çağırıb

05-01-2024

Amerikanın elektrikli avtomobil istehsalçısı Teslanın avtomatik sükan funksiyasında yaranan problemə görə Çində satdığı 1,6 milyon elektrik avtomobilini geri çağırdığı bildirilir. Çinin Dövlət Bazar Tənzimləmə Administrasiyasının verdiyi açıqlamaya görə, avtomatik sükan funksiyası işə salındıqda sürücülərin əl ilə idarəetmə ilə birlikdə sükan idarəetməsində xətalar yaranır.

Şirkət qəzalara səbəb ola biləcək problemi aradan qaldırmaq üçün xaricdən gətirilən 1,6 milyon “Model X”, “Model S”, “Model 3” və “Model Y” elektrik avtomobillərini geri çağırıb.Bildirilib ki, Teslanın Pekin və Şanxaydakı mərkəzlərindən proqram yeniləmələri vasitəsilə uzaqdan düzəlişlər edilə bilər.

Paylaş: