TEKNOFEST Adana sona çatdı
Türkiyə Texnologiya Komandası Vəqfi, Sənaye və Texnologiya Nazirliyinin əsas rəhbərliyi ilə və TRT-nin kommunikasiya tərəfdaşı olduğu festival son günündə qonaqlarını qəbul edib.
Oktyabrın 2-də Adana Hava Limanında başlayan festival 5 gün ərzində bir çox elm, mədəniyyət və incəsənət tədbirlərinə ev sahibliyi edib.
Oktyabrın 4-də keçirilən festivala prezident Rəcəb Tayyib Ərdoğan da qatılıb. Özəl və dövlət qurumları tərəfindən açılan stendlərdə inkişaf etdirilən texnologiyalar adanalılara və ətraf əyalətlərdən gələn iştirakçılara təqdim edilib.
Tədbirlər çərçivəsində ziyarətçilər Türk Ulduzları, SOLOTÜRK, Jandarma Polad Qanadları, F-16 təyyarələri, hücum helikopterləri və Adana səmalarını rəngləndirən paramotorların səma şoularını izləmək şansı əldə ediblər. Festivalda paraşütlə tullanma, vertolyotla havadan evakuasiya kimi maraqlı şoular da nümayiş etdirilib. TEKNOFEST Adana bir çox ilklərlə də yadda qaldı.
Türkiyənin avtomobili “Togg”un ilk sedan modeli T10F ilk dəfə TEKNOFEST Adanada vətəndaşlara təqdim edilib.Türk Aerokosmik Sənayesi tərəfindən milli qaynaqlarla hazırlanmış, delta qanad quruluşuna malik olan ANKA III və Bayraktar TB3 ilk ictimai uçuşunu TEKNOFEST Adanada həyata keçirib. TEKNOFEST Texnologiya Yarışlarında qalib gələn komandalar ilk dəfə TEKNOFEST Çempionlar Liqasında mübarizə aparıblar.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...