Tekirdağda plastik fabrikində yanğın
Türkiyənin Tekirdağ bölgəsində plastik fabrikində baş verən yanğın nəticəsində fabrik tamamilə külə dönüb. Hayrabolu Mütəşəkkil Sənaye Bölgəsində fəaliyyət göstərən Başok Plastik Kimya fabrikində naməlum səbəbdən baş verən yanğında fabrikin istehsal etdiyi kimyəvi təzyiqli silindrlər yanğının təsiri ilə bomba kimi partlayaraq növbəti fabrikə yayılıb. Yanğın sürətlə böyüyüb və ətrafdakı fabriklər üçün təhlükə yaranıb.
Yanğınsöndürənlərin müdaxiləsinə baxmayaraq, Başok Plastik Kimya fabriki tamamilə yanaraq yararsız hala düşüb. “Sert Plastik” zavodunda ciddi dağıntılar baş verib. Yanğının səbəbi hələ müəyyən edilməsə də, yanğın nəzarət altına alındıqdan sonra xilasetmə qrupları soyutma işlərini davam etdirir. Hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...