22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Tehranda havanın çirklənməsinin 80 faizi avtomobillərdən qaynaqlanır

07-01-2024

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Çamran Vilayət Baş Məclisinin iclasından sonra sədr Mehdi Çamran mətbuata açıqlamasında bildirib ki, Tehranda havanın çirklənməsinin təxminən yüzdə 80-i avtomobillər də daxil olmaqla, mobil nəqliyyat vasitələrinin payına düşür. Bu çirklənmədə motosikletlərin payı yüzdə 20-dir.

Tehrandakı istilik elektrik stansiyalarında dizelin yanacaq kimi istifadə edilmədiyini deyən Çamran dizel yanacağı olan yerlərin möhürləndiyini bildirib.

İran rəsmisi Tehran Bələdiyyəsi ilə İranın Sənaye, Mədən və Ticarət Nazirliyi arasında şəhər üçün 200 min elektrik motosikletinin alınmasına dair razılığın əldə edildiyini və nazirliyin infrastruktur işlərini öz üzərinə götürdüyünü qeyd edib.

Bildirilir ki, Tehranda təhsildə tez-tez fasilələrə səbəb olan havanın çirklənməsinə köhnə model avtomobillər və çox istifadə edilən motosikletlər, eləcə də şəhərin hava sirkulyasiyası üçün uyğun olmayan yerləşməsi səbəb olur.

Paylaş: