Tbilisinin mərkəzi rayonlarının birində qaz xətti partlayıb
Tbilisinin mərkəzindəki İsani rayonu ərazisindən keçən təbii qaz xəttində partlayış baş verib. Nəticədə 12 mindən çox abonent qazsız qalıb.
Fhnews.az xəbər verir ki, qəza yanvarın 8-də gecə saatlarında baş verib. “Tbilisi Enerji” qazpaylayıcı şirkətindən bildirilib ki, partlayış nəticəsində yanğın olmayıb. Qəzanın nəticələrinin aradan qaldırılması üçün bütün qüvvələr səfərbər edilib.
Şirkətdən verilən məlumata görə, təmir-bərpa işləri yaxın vaxtlarda başa çatdırılacaq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...