22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Tayvanda xəstəxanadakı yanğında 8 nəfər ölüb

03-10-2024
IMG

Çinin Tayvan adasında xəstəxanada baş verən güclü yanğın nəticəsində azı 8 nəfər ölüb.

Fhnews.az Tayvan mediasına istinadla xəbər verir ki, hadisə Pintun rayonunda səhər saatlarında baş verib. Yerli yanğınla mübarizə bölməsi səhər saat 7:41-də Antay Tien-şen xəstəxanasında yanğın başlaması barədə məlumat alıb. Dərhal əraziyə yanğınsöndürən briqadalar cəlb olunub. Xilasedicilərin yanğın baş verən binadan huşsuz vəziyyətdə tapdığı 8 nəfər xəstəxanaya çatdırılsa da, onların artıq öldüyü məlum olub. Yanğın söndürülsə də, binada axtarış işləri davam edir.

İlkin ehtimala əsasən yanğın binanın havalandırma sistemində başlayıb. Ölənlərin çoxu xəstəxanada stasionar müalicə alan yaşlı insanlar olub.

Paylaş: