22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Tayvanda qasırğa səbəbindən 500-dən çox aviareys ləğv olunub

31-10-2024
IMG

Tayvanda “Konq Rey” qasırğasının yaxınlaşması səbəbindən azı 506 aviareys ləğv edilib.

Fhnews.az xəbər verir ki, bu barədə Tayvanın təbii fəlakətlərin aradan qaldırılması üzrə qərargahı məlumat yayıb. Bundan başqa, təbii fəlakət səbəbindən 11 marşrut üzrə 139 bərə reysi ləğv olunub.

Meteoroloqlar “Konq Rey” qasırğasının yaxın bir neçə saat ərzində Tayvanın şərq sahillərinə çatacağı barədə xəbərdarlıq ediblər. Qasırğanın mərkəzində küləyin sürəti saniyədə 63 metrə çatır.

Tayvanın hakimiyyət orqanları ada ərazisində qasırğa xəbərdarlığı və oktyabrın 31-ni qeyri-iş günü elan edib. Ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində dərslər ləğv olunub, təcili yardım xidmətləri isə gücləndirilmiş iş rejiminə keçirilib.

Qeyd edək ki, “Konq Rey” qasırğası oktyabrın 25-də Sakit okeanın qərbində, Filippin yaxınlığında formalaşıb.

Paylaş: