22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Tayvanda  hava təlimləri ləğv edilib

23-07-2024
IMG

Hər il keçirilən "Han Kuang" hərbi təlimi çərçivəsində planlaşdırılan hava qüvvələri təlimləri Tayvanın şərq sahillərinə doğru irəliləyən “Gaemi” tayfunu səbəbiylə ləğv edilib.

Hərbi Hava Qüvvələrindən verilən açıqlamada, adanın şərq sahillərini vurması gözlənilən qasırğanın yaratdığı əlverişsiz hava şəraiti səbəbindən hava təliminin ləğv edildiyi açıqlanıb. Açıqlamada dəniz və quru təlimlərinin Tayvanın digər bölgələrində  davam etdiriləcəyi bildirilib.

Tayvan Mərkəzi Meteorologiya İdarəsinin  açıqlamasında, “Gaemi” qasırğasının 2 gün ərzində adaya çatmasının gözlənildiyi bildirilib. Açıqlamada tayfunun özü ilə güclü yağış gətirəcəyi, adayı vurduqdan sonra Çinin qərbinə doğru hərəkət edəcəyi bildirilib.

Tayvan Müdafiə Nazirliyindən verilən açıqlamada, iyulun 26-dək davam edəcək təlimin məqsədinin Taypey şəhərindəki kritik infrastrukturu qorumaq və əsas qüvvələrin dayanıqlığını artırmaq bacarığı olduğu bildirilib.

Paylaş: