22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Tayvana yaxınlaşan “Konq-rey” qasırğası səbəbindən 3 mindən çox insan təxliyə edilib

31-10-2024
IMG

Tayvan adasında yaxınlaşan “Konq-rey” qasırğası səbəbindən şərq sahillərində Hualien və cənub-qərbdə Kaohsiungda sürüşmə riski olan ərazilərdə yaşayanlar üçün təxliyə tədbirləri görüldüyü bildirilib.

Tayvanın “CAN” agentliyinin xəbərinə görə, yaxınlaşan qasırğa səbəbindən Haulien əyalətinin 13 rayonunda 3 min 25 vətəndaş 11 müvəqqəti sığınacaq və digər təhlükəsiz yerlərə aparılıb.

Bildirilib ki, Kaohsiung şəhər mərkəzində fəlakətin qarşısının alınması mərkəzi yaradılıb və 5 mərkəzi rayonun bəzi hissələri üçün ehtiyatlı təxliyə əmri verilib.

Mərkəzi Meteorologiya İdarəsindən verilən məlumata görə, Tayvanın ən cənub ucu olan Eluanbi burnundan 340 kilometr aralıda şimala doğru hərəkət edən “Kong-rey” qasırğası sabah günorta və axşam saatlarında adadakı yaşayış məntəqələrinə təsir edəcək.

 Çin materikində Tayvanın əks sahilində yerləşən Fucien əyalətində qasırğa səbəbindən sahilyanı ərazilərdə və dəniz bölgələrində bərə xidmətləri və tikinti işləri dayandırılıb.Fucien və şimal Cijiang əyalətindəki çaylarda suyun səviyyəsinin artacağı gözlənildiyi üçün yerli hökumət daşqından qorunma tədbirlərini artırıb.

Qeyd edək ki, “Konq-rey” bu il Sakit Okeanda baş verən 21-ci qasırğadır.

Paylaş: