22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Tayvan 2 böyük zəlzələ ilə sarsıldı: 6 və 6,1...

23-04-2024

Tayvanın Hualien şəhərində ardıcıl olaraq 6,1 və 6 bal gücündə iki zəlzələ baş verib. İlkin məlumatlara görə, can və ya mal itkisi qeydə alınmayıb.

ABŞ Geoloji Xidməti  Tayvanın şərq sahilindəki Hualien şəhərinin cənubunda iki zəlzələ baş verdiyini açıqlayıb.10 kilometr dərinlikdə 6 dəqiqə fərqlə qeydə alınan zəlzələlərin maqnitudası 6,1 və 6 olaraq müəyyən edilib.

Xatırladaq ki, aprelin 3-də Tayvanın Hualien şəhərində 7,4 bal gücündə zəlzələ olmuşdu.Tayvan Mərkəzi Meteorologiya İdarəsi zəlzələnin maqnitudasını 7,2 olaraq açıqlamış və bunun Tayvanda son 25 ildə baş verən ən güclü zəlzələ olduğunu bildirmişdi.

Paylaş: