22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Taylandda meymun istilası

05-02-2024

Təxminən 3500 meymunun ələ keçirdiyi Tayland şəhərində həyat demək olar ki, dayanıb. Lopburi əyalətindəki eyniadlı şəhər vaxtilə ölkənin mühüm ticarət və turizm mərkəzlərindən biri olub. Bununla belə, Honq-Konqda nəşr olunan ingilisdilli “South China Morning Post” qəzetinin dünənki xəbərində meymun istilasına görə bölgənin “xəyal şəhərə çevrilmək təhlükəsi ilə üzləşdiyi” yazılıb.

Lopburi Ticarət Palatasının prezidenti Ponqsatorn Chaichanapanich son iki ildə artan meymun istilası səbəbindən şəhərin mərkəzindəki bir çox mağaza və müəssisənin qapılarını bağladığını söyləyib.

Ponqastorn şəhərin tarixi yerlərinin görünməz hala gəldiyini və dövlətin bu vəziyyətə ən qısa zamanda çarə tapması lazım olduğunu bildirib. Şəhərin məşhur ticarət mərkəzlərindən biri olan Pingya Ticarət Mərkəzinin idarəçilərindən Surachat Çanprasit meymunların davamlı olaraq mağazalara girərək zərər verdiyini, müəssisələrin isə demək olar ki, hər ay pəncərələrini və damlarını yeniləməli olduğunu bildirib.

Suraçat ticarət mərkəzinin iki il əvvəl 100 milyon Tayland Bahtı qarşılığında satışa çıxarıldığını, lakin alıcı tapılmadığı üçün qiymətin 70 milyon Tay Bahta endirildiyini bildirib.

Ötən ay şəhərə səfəri zamanı Lopburi qubernatoru Ampol Anqkhapakornkul problemin həlli üçün addımlar atacağını bildirmiş və Milli Parklar, Vəhşi Təbiət və Təbiəti Mühafizə Nazirliyinin rəsmiləri ilə birgə plan hazırlayacaqlarını açıqlamışdı.

Paylaş: