Taylandda daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı artıb
Taylandda musson mövsümü və “Yagi” qasırğasının səbəb olduğu şiddətli yağışlar səbəbiylə meydana gələn sel və torpaq sürüşmələrində təxminən bir ayda ən azı 33 nəfər həyatını itirib. Dünən baş verən qasırğa nəticəsində ölkənin şimalındakı Çianq May və Çianq Rai şəhərlərində ən azı 9 nəfərin öldüyü müəyyən edilib. Bölgədə itkin düşənlərin axtarış-xilasetmə işləri davam edir. Tayland ordusunun da iştirak etdiyi axtarış-xilasetmə işləri qayıqlar, vertalyotlar və pilotsuz uçuş aparatları ilə həyata keçirilir. Tayland Fəlakətlərin Qarşısının Alınması Departamentinin bu gün dərc etdiyi hesabatda, avqustun 14-dən bəri ölkə daxilində daşqın və sürüşmə nəticəsində ümumilikdə 33 nəfərin həyatını itirdiyi, 11 min ev təsərrüfatının zərər çəkdiyi bildirilib.
Tailandın baş naziri Paetongtarn Shinavatra sabah ölkənin şimal əyalətlərinə səfər edəcəyini və sel fəlakətinin davam etdiyi bölgələrdə yardım və axtarış-xilasetmə işlərinə dəstək vermək üçün nazirliklərlə birgə işlərə başlanıldığını bildirib. Taylandın Milli Su Resursları İdarəsi paytaxt Banqkok da daxil olmaqla cəmi 36 əyalətdə təsirli olacağı gözlənilən yeni yağışlar və mümkün qəfil daşqınlar barədə xəbərdarlıq edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...