22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Tatuajı olan insanlarda limfa xərçəngi riski daha yüksəkdir

31-05-2024
IMG

İsveçdə aparılan bir araşdırma döymələri olan insanların limfoma inkişaf riskinin 21 % daha yüksək olduğunu ortaya qoyub.

İsveçdəki Lund Universitetinin tədqiqatçıları 2007-2017-ci illər arasında İsveçdə limfa xərçəngi diaqnozu qoyulmuş 20-60 yaş arası 11.905 nəfərin məlumatlarından istifadə edərək döymə və xərçəng arasında əlaqəni araşdırıblar.

Tədqiqatçılar müəyyən ediblər ki, döymə etdirən insanlarda limfoma inkişaf riski olmayanlara nisbətən 21 %  daha yüksəkdir.
Tədqiqatçılar döymədə istifadə edilən mürəkkəbin tərkibində kanserogen kimyəvi maddələrin olduğunu və bu kimyəvi maddələrin döymə zamanı dəri baryerini deşərək bədənə daxil olduğunu və xərçəng riskini artırdığını bildiriblər.

Döymənin ölçüsü ilə xərçəng riski arasında heç bir əlaqə olmadığını qeyd edən tədqiqatçılar, ölçüsündən asılı olmayaraq döymənin bədəndə iltihabı tətiklədiyini və limfa xərçəngi riskini artırdığını bildiriblər.

Paylaş: