22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Tarixin dərinliklərinə səyahət edən sualtı  arxeopark

02-09-2024
IMG

Türkiyənin Qara dəniz sahillərində aparılan ilk sualtı qazıntı olan “Kərpe Sualtı Qazıntı və Araşdırma” zamanı üzə çıxarılan mədəniyyət sərvətləri Kocaelidəki sualtı arxeopark dalğıc həvəskarlarının ziyarətinə açılacaq.

2021-ci ildə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Mədəni İrs və Muzeylər Ümumi Müdirliyinin himayəsində olan Sualtı Araşdırma Qrupu tərəfindən başlanan qazıntılarda eramızdan əvvəl 4-cü əsrdən 12-ci əsrə qədər  Roma dövründən son Roma və Osmanlı dövrlərinə aid bütövlüyünü qoruyan 150-yə yaxın əsər və bir çox artefakt müəyyən edilmişdir. 

Şimali Afrika, Gürcüstan, Mərmərə, Kilikiya (Aralıq dənizi) bölgəsindən mənşəli amforalar Osmanlı dövrü boruları, yağ lampaları, gündəlik əşyalar və demək olar ki, tam amfora xarabalıqları 2022-ci ildən etibarən Kocaelidə sərgilənir. Cümhuriyyətin 100-cü ildönümü ilə əlaqədar Arxeologiya Muzeyində “Qara dənizin sakit limanı: Kalpe” adlı sərgi olduqca maraq doğurub.

Bu dəfə isə arxeopark sahəsinə paslanmayan xrom çərçivələr quraşdırılaraq əsərlərin təhlükəsizliyini təmin etməklə dalğıcların əsərləri su altında görməsinə imkan yaranacaq.

İşlər başa çatdıqdan sonra dalğıc həvəskarları suyun 5 metr altında şüşə ilə örtülmüş platformalarda müxtəlif formalarda keçmişin izlərini daşıyan amfora, yağ lampaları və terakota əsərlərini görmək imkanı qazanacaqlar.

Beləliklə, Kocaelidə qurulacaq sualtı arxeoparkda həvəskarlar tarixin dərinliklərinə qərq olacaqlar.

Paylaş: