22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Tanzaniyanın cənubunda yük maşınının törətdiyi qəza nəticəsində azı 14 nəfər ölüb

06-06-2024
IMG

Tanzaniyanın cənubundakı Mbeya dağlıq bölgəsində yük maşınının mikroavtobus da daxil olmaqla bir neçə avtomobili vurması nəticəsində azı 14 nəfər ölüb, 17 nəfər ağır yaralanıb.

Fhnews.az xəbər verir ki, Mbeya regional komissarı Juma Homera faciənin yerli vaxtla saat 13:20-də Mbembela təpələrində baş verdiyini bildirib.

İlkin araşdırmalara görə, hadisənin baş verməsinə səbəb yük maşını sürücüsünün idarəetməni itirməsi olub. Qəza nəticəsində yük maşını mikroavtobus, iki minik avtomobili və bir neçə velosipedlə toqquşub. Ölənlərin hamısının mikroavtobusdakı sərnişinlər olduğu bildirilir. Məlumatda qeyd edilib ki, onların içərisində dörd yaşlı uşaq da var.

Yaralılar Mbeya xəstəxanasına aparılıb, onların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı gözlənilir.

Bildirilib ki, daş daşıyan yük maşını Dar əs-Salamdan Mbeya şəhərinə, mikroavtobus isə Tanzaniya-Zambiya sərhədindəki Tundumadan Mbeyaya gedirmiş.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Paylaş: