Tamamilə yeyilə biləcək robotlar hazırlanır.
Son illərdə yeməli texnoloji cihazlarla bağlı araşdırmalar getdikcə sürətlənir. Yeməli robotlar elektron tullantıların miqdarını azaltmaq potensialı ilə seçilir, həmçinin xəstələrin dərmanlarını qəbul etməsini və sağlamlıq vəziyyətinə nəzarət etməsini təmin edir. Robotları və qidaları bir araya gətirmək məqsədi ilə 2021-ci ildə RoboFood layihəsini başlatan elm adamları bu sahədə edilən araşdırmaları qiymətləndirir və tədqiqatlarında mövcud maneələri izah edirlər.
İsveçrədəki Ecole Polytechnique Federale de Lausanne təşkilatından Dario Floreanonun dediyinə görə, onlar hələ də hansı yeməli inqrediyentlərin qeyri-yeməli olanlarla eyni şəkildə işlədiyini anlamağa çalışırlar. Məsələn, elektron cihazlarda rezin əvəzinə jelatindən istifadə oluna bilər və ya şokoladdan hazırlanan filmlər rütubətli mühitlərdə robotları qoruya bilər.
Qeyd edək ki, keçən ilin oktyabrında İtaliya Texnologiya İnstitutunun tədqiqatçıları dünyanın ilk təkrar doldurulan və yeməli batareyasını hazırlayıblar. TIME-ın 2023-cü ilin Ən Yaxşı İxtiralar siyahısına namizəd olan batareyanın dirəklərində badam kimi qidalarda olan vitamin B2 və quercetin istifadə edilib. Aktivləşdirilmiş karbon elektronların daşınmasını təmin edərkən, qısa qapanmanın qarşısını almaq üçün nori dəniz yosunu istifadə edilmişdir. Bu 4 santimetrlik akkumulyator 0,65 voltla işləyir, həzm olunsa heç bir zərər verməyəcək səviyyədədir. Bundan əlavə, onlardan ikisi təxminən 10 dəqiqə işıq yayan diodu gücləndirə bilər.
Əvvəllər başqa bir komanda düyü peçenyelərindən qanadları olan dron dizayn etmişdi və alimlər jelatin ayaqları olan qismən yeməli, yuvarlanan robot istehsal etmişdilər.Lakin alimlər bu kəşfləri daha da inkişaf etdirmək üçün bəzi maneələrin olduğunu deyirlər. Bu yaxınlarda dərc olunmuş araşdırmanın müəlliflərindən biri Bokeon Kvak deyir ki, ən böyük texniki problem, batareyalar və sensorlar kimi elektriklə idarə olunan hissələrin hərəkət üçün mayelərdən və təzyiqdən istifadə edən hissələri, məsələn aktuatorlar ilə birləşdirməkdir.
Bundan əlavə, insanların öz-özünə reaksiya verən və hərəkət edən emal olunmuş qidaları necə qəbul etdikləri məlum deyil. Həmçinin bu cihazların yeyilməsinin sağlamlığa hansı təsirlərinin olacağını hərtərəfli başa düşmək lazımdır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...