Talış kəndinə köçürülən sakinlərdən 40 nəfərin məşğulluğu təmin olunub
İşğaldan azad olunmuş yurd yerlərimizə Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində Talış kəndində də sakinlər aktiv məşğulluq tədbirləri ilə əhatə olunurlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ilk mərhələdə həmin sakinlərin məşğulluq imkanları qiymətləndirilir və onların hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Talış kəndinə köçürülən sakinlərdən artıq 40 nəfərin məşğulluğu təmin olunub.
Onlar özünüməşğulluq, vakansiyalara uyğun işlə təminat, haqqı ödənilən ictimai işlər proqramları çərçivəsində işlə təmin ediliblər.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...