Tailand hərbçiləri batmaq təhlükəsi ilə üzləşən qayıqdan 73 nəfəri xilas edib
Tailand hərbçiləri Andaman dənizindəki “Bu-Bu” adası yaxınlığında batan sürətli qayıqdan 73 nəfəri xilas edib.
Fhnews.az xəbər verir ki, bu barədə Tailandın Milli Xəbərlər Bürosu məlumat yayıb.
Məlumata görə, yüksək dalğalar gəminin çevrilməsinə səbəb olub və nəticədə gövdədə dəlik yaranıb. Tailand Hərbi Dəniz Qüvvələrinin 491-ci Xüsusi Təyinatlı Eskadrilyasının üzvləri sürətlə qəza yerinə gəlib və sərnişinləri götürüblər. Hadisə nəticəsində 15-ə yaxın sərnişin yüngül bədən xəsarətləri alıb, onlara yaxınlıqdakı tibb müəssisəsində tibbi yardım göstərilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...