Təhsil və tibb müəssisələrinin psixoloqları üçün növbəti seminarlar keçirilib
Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi və Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Bakı şəhəri, Xəzər rayon 88 və Suraxanı rayon 154 nömrəli tam orta məktəblərində “Təhsil və tibb müəssisələrinin psixoloqları tərəfindən ekstremal şəraitdə ilkin psixoloji yardımın göstərilməsi” mövzusunda seminarlar keçirilib.
Seminarlarda FHN-in əməkdaşları, həmçinin Bakı şəhərini əhatə edən təhsil və tibb müəssisələrinin psixoloqları iştirak ediblər.
Tədbirlərin keçirilməsində məqsəd təhsil və tibb müəssisələrində fəaliyyət göstərən psixoloqların ekstremal şəraitdə işləmə vərdişlərinin təkmilləşdirilməsiı, eyni zamanda qarşılıqlı peşəkar fəaliyyətin qurulması olub.
Əvvəlcə, seminarlarda çıxış edən FHN Bakı Regional Mərkəzi rəisinin birinci müavini polkovnik İlqar Səfərov mövzunun əhəmiyyətindən danışaraq iştirakçılara uğurlar arzulayıb.
Sonra FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi leytenant Çillər Əsədli “Psixoloji reabilitasiya və özünü idarəetmə qaydaları” və həmin şöbənin baş məsləhətçisi Aydan Rzayeva “İlkin psixoloji yardımın göstərilməsi” mövzularında iştirakçılara ətraflı məlumat veriblər.
İnteraktiv müzakirələr fonunda keçən seminarlarda iştirakçıların sualları cavablandırılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...