22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Təhsil müəssisələrində təhsilalanların fövqəladə hallarla bağlı maarifləndirilməsinə dair növbəti tədbirlər keçirilib

18-03-2024

Fövqəladə Hallar Nazirliyinin dəstəyi, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Qarabağ və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinin tabeçiliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin direktorları və Peşə Təhsili üzrə Dövlət Agentliyinin Bərdə Peşə Liseyinin kollektivi üçün fövqəladə hallarla bağlı davranış qaydaları barədə təhsil müəssisələrində təhsilalanların maarifləndirilməsinin təşkili məsələlərinə dair tədbirlər keçirilib.

Tədbirlərdə, əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə Fövqəladə Hallar və Elm və Təhsil nazirliklərinin nümayəndələri, Qarabağ və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinin tabeçiliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin direktorları, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Bərdə Peşə Liseyinin kollektivi və digər şəxslər iştirak edib.

Tədbirlərin keçirilməsində məqsəd təhsil müəssisələrində təhsilalanların təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı maarifləndirilməsi ilə əlaqədar qarşıda duran məsələlər və onların həlli yollarının müzakirəsi, bu istiqamətdə səmərəli işin qurulması üçün metodiki köməkliyin göstərilməsi olub.

Çıxış edənlər tədbirlərin əhəmiyyətini qeyd edərək, bu kimi müzakirələrin mütəmadi təşkil olunmasının faydasını vurğulayıblar.

Sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən fövqəladə hallarla bağlı zəruri davranış qaydaları, habelə məktəblərdə maarifləndirmə işinin təşkili ilə əlaqədar geniş məlumat verilib.

Mövzuya dair videoçarxların müşayiəti ilə interkativ formada keçirilən tədbirlərdə suallar ətraflı cavablandırılıb.

Paylaş: