Tədqiqat: İqlim dəyişikliyi ilə Hindistanda təhlükəli torpaq sürüşmələri artıb
Beynəlxalq tədqiqat qrupu keçən ay Hindistanın cənubundakı Kerala əyalətində 200-dən çox insanın ölümü ilə nəticələnən torpaq sürüşmələrinin texnogen iqlim dəyişikliyi səbəbindən baş verdiyi və bu fəlakətə təxminən 10 faiz artan şiddətli yağışların səbəb olduğu qənaətinə gəlib.
Fhnews.az xəbər verir ki, ekstremal hava şəraitində iqlim dəyişikliyinin rolunu araşdıran “World Weather Attribution” qrupunun dərc etdiyi araşdırmada deyilir ki, dünya mədən yanacaqlarından imtina etməsə, Keralada birgünlük leysan yağışları daha 4 faiz artacaq.
Hesabatda deyilir: “İqlim dəyişikliyinin səbəb olduğu yağıntıların artması gələcəkdə baş verə biləcək sürüşmələrin potensial sayını artıra bilər”.
Meşələrin qırılmasının və mədən işlərinin minimuma endirilməsi, təhlükəli yamacların bərkidilməsi və həssas əraziləri qorumaq üçün istinad strukturlarının tikintisi gələcəkdə bənzər fəlakətlərin qarşısını almaq üçün tövsiyə olunan tədbirlər sırasında yer alır.
Bu ayın əvvəlində bəzi ekspertlər “Reuters” agentliyinə bildiriblər ki, sürüşmələrdən iki həftə əvvəl yağan güclü yağışlar torpağı yumşaldıb. Bununla yanaşı, Hindistanın bu ştatında həddindən artıq tikinti işləri və nəzarətsiz turizm də bu fəlakətə səbəb ola bilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...