Tədqiqat: Bəzi xəstəliklər sinir sistemindəki problemlərlə bağlıdır
Yeni araşdırmaya görə, sinir sistemindəki problemlər ürək xəstəliklərinə, miqrenə, şəkərli diabetə, beyinlə bağlı narahatlıqlara səbəb olur. 2021-ci ildə dünya əhalisinin 43 faizi - 3,4 milyarddan çox insan nevroloji xəstəlikdən əziyyət çəkib.
Fhnews.az “Science alert” saytına istinadla xəbər verir ki, tədqiqat ABŞ-ın Sağlamlıq Metrikləri və Qiymətləndirmə İnstitutunun rəhbərlik etdiyi yüzlərlə tədqiqatçı tərəfindən aparılıb. İnstitutun aparıcı tədqiqat müəllifi Caimi Steinmetz hazırda sinir sistemi pozğunluğunun dünyada ümumi xəstəliklərin aparıcı səbəbi olduğunu söyləyib. Onun sözlərinə görə, bu tipli problemlər son 30 ildə 59 faiz artıb.
Tədqiqatçılar 1990-cı ildən 2021-ci ilədək 204 ölkədə 37 müxtəlif nevroloji vəziyyətin sağlamlığa, əlilliyə və vaxtından əvvəl ölümlərə təsirini araşdırıblar. Nəticələrə görə, 2021-ci ildə bütün dünyada sinir sistemi pozğunluqları səbəbindən ölənlərin sayı 443 milyonu ötüb ki, bu da 1990-cı illə müqayisədə 18 faiz çoxdur. Onların 160 milyonu insultdan, digərləri isə neonatal ensefalopatiya, miqren, demensiya, o cümlədən alzheimer, şəkərli diabet, meningit və epilepsiya ilə bağlı xəstəliklərdən ölüb.
Tədqiqatın həmmüəllifi Valeri Feyqin dünyada nevroloji problemlərin çox sürətlə artdığını və yaxın onilliklərdə səhiyyə sistemlərinə daha çox təzyiq göstərəcəyini bildirib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...