TƏBİB: Perinatal Mərkəzdə baş verən yanğınla əlaqədar 50-yə qədər pasiyentin təxliyəsi reallaşıb
Yanvarın 9-da saat 03:35-də Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın hadisəsi baş verib. Yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Fhnews.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları hadisə yerinə cəlb olunub.
Xəstəxananın müvafiq şöbəsində müalicə alanların təhlükəsiz şəkildə təxliyəsi həyata keçirilir.
Yenidoğulmuşlar, hamilə və zahı qadınlar təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə təxliyə olunur. İndiyədək 50-yə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadınların) təxliyəsi reallaşıb.
Yanğın nəticəsində xəsarət alan olmayıb. Bir nəfər - Respublika Perinatal Mərkəzinin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi xidmət göstərilir.
TƏBİB rəhbərliyi hadisə yerindədir.
Əlavə məlumat veriləcək.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...