TƏBİB-in tabeli tibb müəssisələrində 2024-cü ilin yanvar-iyun aylarında 12 milyona yaxın müraciət qeydə alınıb
TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibbi müəssisələrində 2024-cü ilin ilk 6 ayı üzrə ümumilikdə 11,974,317 müraciət qeydə alınıb. Bunlardan 301,684 müraciət stasionar, 11,672,633 müraciət ambulator olub. Tibb müəssisələrinə olan müraciətlərin ümumi sayı 2022-ci ilin yanvar-iyun ayları üzrə 30 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 13 faiz artıb.
Fhnews.az TƏBİB-ə istinadən xəbər verir ki, 2024-cü ilin ilk 6 ayı üzrə göstərilən xidmət sayında ötən illərlə müqayisədə artım müşahidə olunub. Belə ki, yanvar-iyun aylarında 39,592,948 tibbi xidmət (5,731,350 stasionar, 33,861,598 ambulator tibbi xidmət olmaqla) göstərilib. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı 2022-ci ilin yanvar-iyun ayları üzrə 68 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 29 faiz çox olub.
Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də kifayət qədər artım qeyd alınıb. Cari ilin yanvar-iyun aylarında 15,899,692 laborator müayinələr aparılıb ki, onların da 2, 647, 420-si stasionar, 13, 252, 272-si ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayı 2022-ci ilin yanvar-iyun ayları üzrə 134 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 51 faiz artıb.
Cərrahi əməliyyat və proseduralarda da ötən illərlə müqayisədə artım müşahidə olunub. 2024-cü ilin ilk yarımilliyində 180,681 cərrahi əməliyyat və prosedur (165,477 stasionar 15,204 ambulator olmaqla) icra olunub. Ötən illərlə müqayisə etsək, cərrahi əməliyyat və proseduralar 2022-ci ilin yanvar-iyun ayları üzrə 22 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 11 faiz çoxdur.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...