TƏBİB: 5 nömrəli Kliniki Doğum Evinin ərazisində baş vermiş yanğın zamanı xəsarət alan olmayıb
Səbail rayonu, Neftçi Qurban küçəsində yerləşən Kliniki Tibbi Mərkəzin nəzdində olan və bir müddətdir ki, təmirə dayanan Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evinin ərazisində baş vermiş yanğın zamanı heç bir xəsarət qeydə alınmayıb.
Fhnews.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, doğum evi 2023-cü ilin dekabr ayında əsaslı təmirlə əlaqədar fəaliyyətini dayandırıb. Kollektiv hazırda Kliniki Tibbi Mərkəzin binasında fəaliyyət göstərir.
Qeyd edək ki, Səbail rayonu, Neftçi Qurban küçəsində 120 kvadratmetr ərazidə taxta və məişət tulantılarının yanması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri əraziyə cəlb olunub və yanğın qısa müddətdə söndürülüb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...