Təbiət həyəcan təbili çalır: 3 mindən çox növün nəsli kəsilmək təhlükəsi var
Təbii fəlakətlər məməlilərin, quşların, sürünənlərin və suda-quruda yaşayanların yox olma riskini artırır. Bu fəlakətlər insan tərəfindən törədilən təhlükələrə qarşılıqlı təsir göstərərək onların mənfi təsirlərini daha da gücləndirə bilər.
Dünyada 3 mindən çox növ təbii fəlakətlər səbəbindən yox olmaq təhlükəsi ilə üz-üzədir. Bu növlərin çoxu adalarda və ya zəlzələlərə, qasırğalara, vulkan püskürmələrinə həssas olan ərazilərdə yaşayır. Tədqiqatçılar dərhal qoruyucu tədbirlər görməyi tövsiyə edirlər.
Sao Paulo Araşdırma Vəqfi tərəfindən maliyyələşdirilən bir araşdırma zəlzələ, qasırğa, sunami və vulkan püskürmələri kimi təbii fəlakətlərin 3 mindən çox quru onurğalı növünü yox olmaq təhlükəsi ilə üz-üzə qoyduğunu təxmin edib.
Tədqiqat qrupu maksimum 1100 yetkin fərddən ibarət olan və ya 2500 kvadrat kilometrdən kiçik ərazidə yaşayan su canlılarını, quşları, məməliləri və sürünən növlərini araşdırıb.
Tədqiqat göstərir ki, növlərin yaşayış yerləri bu təhlükəli təbii hadisələrin baş verdiyi bölgələrlə üst-üstə düşərsə, nəsli kəsilmək təhlükəsi ilə üzləşir.
Tədqiqatın aparıcı müəllifi Fernando Qonçalves deyib ki, dünyada 8813 növün çox az populyasiyası və məhdud yaşayış sahəsi var.Bu növlərin 42 faizinə son 50 ildə bir və ya bir neçə təhlükəli təbii hadisənin baş verdiyi ərazilərdə rast gəlinir.
Tədqiqatçılar nəsli kəsilməkdə olan növlərin qorunması üçün ekoloji dəhlizlərin yaradılması, populyasiyaların təhlükəsiz ərazilərə köçürülməsi kimi tədbirlərin görülməsini tövsiyə edir. Çünkü bu növlərin qorunması biomüxtəlifliyin qorunması üçün çox vacibdir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...