22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Təbabətin sərhədlərini zorlayan texnologiya ilə damarlar artıq kənardan görünə bilər

21-10-2024
IMG

ABŞ-da inkişaf etdirilən və Türkiyədəki xəstəxanalar da daxil olmaqla bəzi xəstəxanalarda sınaqdan keçirilməyə başlanan cihaz sayəsində artıq qola proyeksiya edilən infraqırmızı şüalarla içəridəki damarlar xaricdən görünə bilir. Hətta qanvermə prosedurlarında ən çox təcrübəyə malik olan həkimlər və tibb bacıları da çox vaxt venoz xətti tapmaqda çətinlik çəkirlər.

ABŞ-da hazırlanmış bir cihaz vasitəsilə qola proyeksiya edilən infraqırmızı şüalar içəridəki damarların görünməsinə imkan verir. Bu, qan toplama prosesini daha sürətli və daha az ağrılı edir. Sözügedən qurğular yaxın infraqırmızı işıqdan istifadə edərək damarların 15 millimetr dərinlikdə xəritəsini çəkir. Nəticələr birbaşa dəriyə əks olunur. Artıq Türkiyənin bəzi xəstəxanalarında  cihazın sınaqlarına başlanılıb.

Paylaş: