Suyun altından möhtəşəm Roma mozaikası tapılıb
İtaliya sahillərindəki sularda Roma dövrünə aid mozaika döşəməsi tapılıb. Roma dövrünün dəbdəbəli tətil mərkəzi olan Baiae Neapol Körfəzinin indi olduğu yerdə olub.Baiaenin vulkanik fəaliyyətlər nəticəsində yer qabığının tədricən batması nəticəsində 16-cı əsrdə tamamilə su altında qaldığı düşünülür. Campi Flegrei Arxeoloji Parkından verilən açıqlamada, yeni tapılan mərmər döşəmənin dəniz sahilindəki bir evə aid olduğu bildirilib. Döşəmə xüsusi mozaika işi ilə hazırlanmışdır. Bu texnikada mərmər, sədəf və şüşə kimi materialların kəsilməsi ilə müxtəlif naxışlar yaradılır.
İtaliya Mədəniyyət Nazirliyinə bağlı arxeoloji park bildirir ki, bu texnika eramızın 3-5-ci əsrlərində geniş yayılmışdır. Mozaikanın eramızın 476-cı ildə süqut edən Roma İmperiyasının son dövrünə aid olduğu güman edilir.
Yüzlərlə müxtəlif formalı və minlərlə mərmər lövhədən ibarət mozaikanın bir zadəgan evinin döşəməsini örtdüyü təxmin edilir.
Evin ən azı 10 metr divarının uçması nəticəsində döşəmə zədələnib. Mozaika konstruksiyasının bəzi hissələri su altından çıxarılarkən, mütəxəssislər bütün döşəməni xilas etmək üçün işlərini davam etdirirlər.
Julius Caesar və Nero kimi elitaların ziyarət etdiyi Baiae sahil boyu dəbdəbəli villalara ev sahibliyi edib. Şəhərin altındakı vulkan bacalarından şəfalı suların fışqırdığı da düşünülür. Eyni vulkanik dəliklər isti bulaqlarına görə də məşhur olan şəhərin sonunu gətirib.
Arxeoloqlar uzun illərdir ki, su altında qalan şəhərdən mümkün qədər çox artefaktı xilas etmək üçün çalışırlar.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...