Süveyş kanalının gəliri regional gərginliyə görə 40-50 % azalıb
Misir prezidenti Əbdülfəttah əs-Sisi ölkəsinin qlobal gəmiçilik marşrutu olan Süveyş kanalından əldə etdiyi gəlirin 40-50 % azaldığını bildirib. Misirin rəsmi agentliyi MENA-nın məlumatına görə, Sisi Qahirədə 2024 Misir Beynəlxalq Sərgi Mərkəzi Konfransında verdiyi açıqlamada Süveyş kanalının gəlirləri haqqında məlumat verib.
Sisi bu azalmanın səbəbi ilə bağlı bunları deyib: "Misir 2 il ərzində Covid-19 epidemiyasının, Ukrayna-Rusiya böhranının, daha sonra Liviya və Sudanla sərhədlərində gördüklərinin əks-sədası ilə üzləşib. Hazırda Qəzza zolağında yaşanan böhran da buna ciddi təsir edir.”
Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı Qırmızı dənizdəki hücumlar səbəbindən Süveyş kanalından həftəlik keçidlərin son iki ayda 42 % azaldığını açıqlayıb. Dünyanın ən mühüm kanal və boğazlarından biri olan Süveyş kanalı Avropa ilə Asiya arasında ən qısa gəmiçilik yolu olmaqla yanaşı, Misirin əsas valyuta mənbələrindən biri hesab olunur.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...