Şüşədən rəngarəng süxura …
Rusiyada insanlar istifadəsiz şüşə qablarını sahillərə tullantı kimi atdı, okean isə onları rəngli şüşə “çınqıllara” çevirdi.
Fhnews.az xarici KİV-lərə istinadla ana təbiətin yaratdığı bu əsrarəngiz gözəlliyi təqdim edir.
SSRİ dövründə Rusiyada yerləşən Ussuri körfəzi bir vaxtlar köhnə şüşə butulkalar və çini məmulatlar üçün tullantı yeri idi. Lakin təbiət bu tullantıları əsrarəngiz gözəlliyə çevirməyi bacarıb. Belə ki, illər ərzində Sakit okeanın dalğaları milyonlarla qırılmış şüşələri aşındıraraq onları hamar və rəngarəng “çınqıl”a çevirib. Qeyd edək ki, dalğaların süxurları aşındırma prosesi abraziya adlanır. Vladivostok yaxınlığındakı buxtada yerləşən qadağan olunmuş çimərlik (Glass Beach) daha sonra turistik məkana çevrildi və dövlət tərəfindən qorunma altına alındı. İndi həmin əraziləri görmək istəyənlər müəyyən qədər vəsaitindən keçməli olurlar. “Glass Beach”i (Rusiyada bu ərazi “Steklyashka” adlanır) ziyarət etmək üçün ən yaxşı fəsil qış hesab olunur. Çünki rəngarəng “çınqıllar” buzun əhatəsində olduqda daha cazibəli görsənirlər. Yay aylarında isə üzmək üçün buraya gələn insanların sayı az olmur. Vladivostok şəhərindən bu çimərliyə 30 dəqiqəyə çatmaq mümkündür.
Ana təbiət insanların ona qarşı etdiyi pisliyə yaxşılıqla cavab verərək onları mükafatlandırır. İnsanlar bundan necə nəticə çıxarır, düşünək bir az...
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...