Süni intellektlə hazırlanan “3071” filmində türk tarixinin ikonik simaları canlanacaq.
Aktyorları, ssenarisi və səhnələri Mersində süni intellekt proqramları ilə hazırlanan “3071” bədii filmində türk tarixində iz qoyan adlar böyük ekranda tamaşaçılarla görüşəcək. "Dünya bir fəlakətin astanasında olsaydı, bizə hansı tarixi türk qəhrəmanları lazım olardı?" sualına ChatGPT süni intellekt tətbiqi “Mustafa Kamal Atatürk, Mete Han, Alparslan, Fatih Sultan Mehmet və Qanuni Sultan Süleyman” cavabını verib. Türk tarixində iz qoymuş adların canlanacağı filmin istehsalına başlayan film şirkəti süni intellekt proqramlarında aktyor heyəti, ssenari və fantastika yaratmağa başlayıb.Virtual mühitdə səs modelləşdirmə, effektlər və video istehsalının da hazırlandığı “3071” filmində süni intellektin insan həyatına təsiri də müzakirə edilir.
Təxminən 6 ay sonra böyük ekranlara çıxması planlaşdırılan filmin istehsalı davam edir.
Filmin rejissorlarından Onur Kaygın 20 illik xəyalının məhsulu olan layihənin süni intellekt sayəsində həyata keçəcəyini bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...