Süni intellektlə fişinqin qarşısının alınması
Arlinqtondakı Texas Universitetinin bir qrup tədqiqatçısı süni intellektə malik çatbotların fişinq saytları yaratmasının qarşısını alacaq proqram təminatı hazırlayıb. Bu proqram kibercinayətkarların fırıldaqçılıq üçün süni intellektdən istifadə etmələrinin qarşısını almaq məqsədi daşıyır.Proqram təminatı Texas Universitetinin Kompüter elmləri və mühəndisliyi kafedrasının dosenti Şirin Nilizadə və onun doktorant tələbələri Sayak Saha Roy və Poojitha Thota tərəfindən hazırlanıb.
Bu alət süni intellekt chatbotlarının fişinq saytları yaratmaq üçün istifadə oluna bilən istifadəçi təlimatlarını aşkar etmək və bloklamaq qabiliyyətini təkmilləşdirir.ChatGPT kimi süni intellekt chatbotlarının bəzi daxili aşkarlama imkanları olsa da, Nilizadənin komandası fişinq hücumları yaratmaq üçün istifadə edilə bilən boşluqların olduğunu aşkar edib.
Qeyd edək ki, süni intellekt chatbotlarının artması ilə hətta texniki bacarıqları olmayanlar üçün də onlayn fırıldaqların yaradılması asanlaşıb, çünki AI sürətlə veb saytlar yarada bilir.
Saha Roy bildirib ki, proqram təminatını yaratmaq üçün komanda əvvəlcə fişinq veb-saytları yaratmaq üçün istifadə oluna biləcək müxtəlif göstərişləri müəyyən edib.Bu məlumatdan istifadə edərək, onlar proqram təminatını bu xüsusi açar sözlər və nümunələri tanımaq və onlara cavab vermək üçün öyrədib, zərərli göstərişləri aşkar etmək və bloklamaq qabiliyyətini təkmilləşdiriblər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...