Süni intellektlə dəstəklənən qulaqlıq hazırlanıb
ABŞ-nın Vaşinqton Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış qulaqlıq istifadəçiyə səs-küylü mühitlərdə diqqətini bir səsə yönəltmək şansı verir.
“Targeted Voice Hearing” adlı prototip proqramı tezlikdən asılı olmayaraq bir düymə ilə yalnız arzu olunan şəxsin səsinin eşidilməsini təmin edir. Süni neyron şəbəkəsi adlı süni intellekt sistemi ilə dizayn edilən proqram həyəcan tonları, körpə səsləri və quş səsləri daxil olmaqla 20 fərqli səs faylı ilə hazırlanmışdır. İstifadəçi mobil telefonunda quraşdırılmış proqram sayəsində hansı səsə diqqət yetirəcəyini seçə bilər.
Qulaqlıqdakı mikrofonlar vasitəsilə işləyən sistem ətrafdakı səsləri qeyd edərək telefondakı proqrama göndərir. Bu proqrama inteqrasiya olunmuş süni intellektlə dəstəklənən proqram həmçinin hansı səslərin bloklanacağını və hansının icazə veriləcəyini müəyyən etməyə imkan verir. Proqram səsi təqribən 8 millisaniyə ərzində emal edir və bu, demək olar ki, heç bir gecikmə olmadan müxtəlif səslər arasında keçidi mümkün edir.
Araşdırmanın rəhbəri Şyam Qollakota qulaqlıqların səs-küylü mühitlərdə insanın müxtəlif səslərə diqqət yetirməsini təmin etdiyini bildirib.O, “İstifadəçiyə daha çox nəzarət imkanı verən bir sistem hazırladıq. İnsanlarda eşitmə qavrayışını artırmaq üçün ilk addımları atırıq"-deyib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...