22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Süni intellektlə bağlı ilk beynəlxalq konvensiya qəbul edildi

19-05-2024
IMG

Yaradılmasının 75-ci ildönümünü qeyd edən Avropa Şurasının 46 üzv dövlətinin xarici işlər nazirləri illik toplantısı çərçivəsində Strasburqda bir araya gəliblər.Toplantıda süni intellektlə bağlı ilk beynəlxalq konvensiya qəbul edilib. 

Müqavilənin imzalanması mərhələsi sentyabr ayında Litvanın paytaxtı Vilnüsdə başlayacaq.

Qanuni qüvvəyə malik saziş süni intellektin tətbiqi zamanı beynəlxalq insan hüquqları, demokratiya və qanunun aliliyi ilə bağlı hüquqi qaydalara əməl olunmasını təmin etmək məqsədi daşıyır.Konvensiyaya üzv dövlətlərdən süni intellekt sistemlərinin istifadəsi zamanı insan hüquqları qaydalarına zidd olan riskləri müəyyən etmək, ölçmək və qarşısını almaq üçün tədbirlər görmələri tələb olunacaq.

Paylaş: