Süni intellektin yeni modeli sözlü işarələri videoya çevirəcək
Süni intellektin lideri “OpenAI” şirkəti “Sora” adlı yeni modeli təqdim edib. “Bu texnoloji yenilik şifahi açar sözlər əsasında “real” və “təxəyyüllü” 60 saniyəlik videolar yarada bilər”, -deyə şirkətin açıqlamasında bildirilib.
Fhnews.az CNN telekanalının saytına istinadla xəbər verir ki, şirkətin bir bloq yazısında “Sora”nın mətn təlimatlarından 60 saniyəyə qədər davam edən videolar yaratmağa qadir olduğu, çoxsaylı simvollar, xüsusi hərəkət növləri və ətraflı fon təfərrüatları ilə səhnələri təqdim etdiyi iddia olunub.
“OpenAI” şirkəti bildirib: "Model təkcə istifadəçinin sorğuda nə tələb etdiyini deyil, həm də bu əşya və hadisələrin fiziki dünyada necə mövcud olduğunu “anlayır".
Şirkət, həmçinin süni intellekt modellərini öyrətmək niyyətində olduğunu bildirib və əlavə edib ki, əsas məqsəd “insanlara real dünyada qarşılıqlı əlaqə tələb edən problemləri həll etməyə kömək etməkdir”. Bu, generativ süni intellekt hərəkatını irəli aparmağa davam edən sözlü yazışma proqramı “ChatGPT”nin arxasındakı şirkətin ən son ixtirasıdır.
“ABI Research” şirkətinin baş analitiki Rees Haydenin sözlərinə görə, “çox modal modellər” yeni olmasa və mətndən videoya modellər artıq mövcud olsa da, bunu fərqləndirən “Sora”nın özəlliyi uzunmüddətlilik və dəqiqlikdir. O əlavə edib ki, bu tip süni intellekt modelləri kanallar arasında yayımlanan yeni fərdiləşdirilmiş məzmunla rəqəmsal əyləncə bazarlarına böyük təsir göstərə bilər. “Onun aydın istifadə məkanlarından biri TV daxilindədir; povestləri dəstəkləmək üçün qısa səhnələr yaratmaq mümkündür. Model hələ məhdud olsa da, bazarın istiqamətini göstərir", -deyə Hayden bildirib.
“OpenAI”, eyni zamanda, yeni modelin "zəif tərəfləri" ilə bağlı iş prosesinin davam etdiyini, xüsusən məkan təfərrüatları - sol və sağı, səbəb və nəticəni qarışdırmaq kimi problemlərin həll edildiyini vurğulayıb.
Hələ ki, “OpenAI”nin səyləri təhlükəsizliklə bağlı problemlərin həllinə yönəlib. Şirkət ən son modelini sınaqdan keçirmək, dezinformasiya, nifrət dolu məzmun və qərəzlilik də daxil olmaqla, müxtəlif sahələr üzrə tənzimləyici yollar tapmaq üçün ekspertlər qrupu ilə işləməyi planlaşdırdığını bildirib. Bununla yanaşı, yanlış məlumatları aşkar etməyə kömək edəcək alətlər də hazırlanır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...