22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Süni intellekt yumorda insanları üstələyir

06-07-2024
IMG

Alimlərin fikrincə, süni intellektin zarafatları insanlardan daha gülməli və effektlidir. Xüsusilə son bir neçə ildə sürətlə inkişaf edən süni intellekt müxtəlif peşə sahiblərinə məsləklərini əlindən almaq qorxusunu da yaşadır. İncəsənət və əyləncə sektorunun işçiləri də  bu siyahıdadır. 

Bu narahatlıqların nə qədər real olduğunu yoxlamaq üçün tədqiqatçılar ChatGPT və insanların zarafatlarını müqayisə ediblər. Araşdırmada xəbərlərə satirik şərhləri ilə tanınan ABŞ-da yerləşən Onion media təşkilatının başlıqları da yer alıb. 

Araşdırmada 105 iştirakçıdan üç qaydaya uyğun olaraq zarafat yazmaq istənilib. İştirakçılar akronimlərdən hazırcavab ifadələr çıxarmalı, cümlələri yumoristik şəkildə tamamlamalı və hipotetik ssenarilərdə sərt sarkastik zarafatlar etməli idilər. ChatGPT 3.5-ə eyni göstərişlər verildikdən sonra hər iki tərəfdən zarafatlar qarışdırılaraq 200 nəfərə təqdim edilib. 

Kimin hansı zarafat etdiyini bilməyən iştirakçıların 70 faizi süni intellektli söhbət botunu daha gülməli hesab edib.  Respondentlərin 25 faizi insanların etdiyi zarafatlara üstünlük verir, 5 faizi isə hər iki tərəfin eyni dərəcədə gülməli olduğunu düşünür.

Paylaş: