Süni intellekt və incəsənətin vəhdəti
Türkiyə və Azərbaycan rəssamlarının süni intellektlə sənəti bir araya gətirdiyi “Rəqslərin simvolu” adlı sərgi Avstriyanın paytaxtı Vyanada sənətsevərlərə təqdim olunub. İstanbul Rəqəmsal İncəsənət Festivalının direktoru Nabat Qaraxanova Vyanada süni intellekt və incəsənəti bir araya gətirdikləri sərgi haqqında məlumat verib və İstanbul Rəqəmsal İncəsənət Festivalı olaraq dünyanın müxtəlif yerlərində sərgilər təşkil etdiklərini bildirib. Qaraxanova Azərbaycanın ilk süni intellektli rəssamını yetişdirdiklərini və bu sənətçi ilə həm Türkiyədə, həm də Azərbaycanda rəqəmsal sənətdəki işləri tanıtdıqlarını bildirib.
Hər iki ölkədə rəqəmsal incəsənət sahəsində görülən işlərdən danışan Qaraxanova bildirib ki, sərginin bu qədər böyük marağa səbəb olması onları çox sevindirir. O, işlərinin çoxşaxəli olduğunu və süni intellektdən istifadə edərək tekstil məmulatları üzərində 3D simvollar yaratdıqlarını, sərgilənən əşyaların təkcə sənət əsəri olmadığını, həm də yeni bir moda növünün yaranmasına töhfə verdiyini bildirib.
"Bu, həm də gənclərə innovativ ideyalarla dünyaya yeni əsərlər gətirmək imkanı təqdim edir"-deyən Nabat Qaraxanova Azərbaycanın ilk süni intellektli rəssamı Şuşa xanımın da bu sərgidə təqdim edildiyini deyib.
Qarabağ uzun müddətdir incəsənət və mədəniyyət baxımından Azərbaycan üçün görkəmli yer olub və bu bölgədən çoxlu tanınmış rəssamlar çıxıb.Bu səbəblə yaratdıqları ilk süni intellekt sənətçisini Şuşa adlandırdıqlarını ifadə edən Qaraxanova “Mədəniyyətlər arası keçidi təmin etmək üçün texnologiyadan istifadə edirik”-deyib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...