Süni intellekt uşaqların düşünmə bacarıqlarına necə təsir edir?
Təhsildə süni intellektin geniş tətbiqi uşaqların tənqidi düşünmə bacarıqlarının zəifləyəcəyi ilə bağlı narahatlıq yaradır. Süni intellekt tələbələrə suallara tez cavab verməyə imkan verir.Maraqlıdır, onların təhlil və problem həll etmə qabiliyyətlərinə bu proses mənfi təsir göstərə bilərmi?
Bəzi pedaqoqlar süni intellektin istifadəsinə tamamilə qarşı olsalar da, digərləri süni intellektin etik istifadəsi öyrədilsə, bu, şagirdlərin təfəkkürünü yaxşılaşdıra biləcəyini iddia edir. Amerika Psixoloji Assosiasiyası həmçinin tələbələrin ev tapşırıqlarında süni intellektdən istifadə etmələrini dəstəkləyir. Bununla belə, tələbələrin bu prosesdə öz düşüncələrini və perspektivlərini inkişaf etdirməli olduğunu vurğulayır.
ABŞ-nın Nyu York Şəhər Təhsil Departamenti 2023-cü ildə ChatGPT-ni məktəblərdə qadağan edib. Qadağa qərarının əsasını süni intellektin tələbələrin tənqidi düşünmə bacarıqlarına mənfi təsir göstərə biləcəyi və saxtakarlığı asanlaşdıra biləcəyi fikri təşkil edib. Lakin pedaqoqlar daha çox başqa bir suala diqqət yetirirlər: Süni intellekt alətləri təhsilə necə inteqrasiya oluna bilər?
Bəzi pedaqoqlar süni intellekti tamamilə qadağan etmək əvəzinə, şagirdlərə bu texnologiyadan etik və effektiv şəkildə istifadə etməyi öyrətməyin daha faydalı olacağını düşünürlər. Texas Universitetində aparılan araşdırma da bu istiqamətə işarə edir. Tədqiqat göstərir ki, süni intellekt şagirdlərin yazı bacarıqlarını təkmilləşdirmək və mətnləri daha yaxşı təşkil etmək qabiliyyətini artırır. Bununla belə, bu vasitələrdən sui-istifadənin tənqidi təfəkkürün inkişafına mane ola biləcəyi də vurğulanır.
Tənqidi təfəkkür informasiyanı qiymətləndirmək, təhlil etmək və müxtəlif rakurslardan baxmaqla inkişaf edir. Ancaq süni intellekt bu prosesləri saniyələrlə məhdudlaşdıraraq tənqidi düşüncənin işə düşməsinə imkan vermir. Bu, tələbələrin xüsusən də yazılı tapşırıqlarla bağlı səy göstərmədən nəticə əldə etmələrini asanlaşdırır. Bu vəziyyət təhsilin sorğulama və problem həlli ölçülərinə zərər verə biləcəyi narahatlığını artırır. Bunun uzunmüddətli perspektivdə tələbələrin beyin həmləsi və yaradıcı düşünmə bacarıqlarına necə təsir edəcəyi sualını gündəmə gətirir.
Süni intellekt təhsildə effektiv vasitə kimi necə istifadə edilə bilər?
Texas Universitetində aparılan araşdırmaya görə, süni intellekt təkcə qrammatik səhvləri düzəltmək deyil, həm də müxtəlif yazı üslubları və məzmun redaktə üsullarını öyrədir. Məsələn, ChatGPT kimi alətlər tələbələrə öz üslublarını necə təkmilləşdirmək barədə rəy verir. Bu, həmçinin şagirdləri yanlış məlumatlara qarşı diqqətli saxlamaqla doğru ilə yanlışı ayırd etmək bacarığını gücləndirir.
Əgər süni intellekt təhsildə səmərəli istifadə olunarsa, onun üstünlükləri çoxdur. Çünki AI fərdiləşdirilmiş öyrənmə, avtomatik qiymətləndirmə, məlumatların təhlili və dəqiq məlumatlara sürətli çıxış imkanları ilə fərq yaradır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...