Süni intellekt Nobel mükafatı ala bilərmi?
Süni intellekt texnologiyası bankçılıqdan kinoya və jurnalistikaya qədər bir çox müxtəlif sahələrdə mühüm transformasiyalara rəhbərlik edir. Fransanın” AFP” xəbər agentliyinə müsahibə verən alimlər süni intellektin hansı dəyişikliklərə səbəb ola biləcəyini qiymətləndiriblər.
Yapon tədqiqatçısı Hiroaki Kitano 2021-ci ildə "Nobel Turing Challenge" adlandırdığı layihə ilə müxtəlif sahələrdən alimləri 2050-ci ilə qədər Nobel mükafatını qazanacaq bir araşdırma apara biləcək "süni intellekt alimi" dizayn etməyə dəvət edib. Bəzi elm adamları Nobel mükafatına layiq səviyyədə iş yarada biləcək süni intellektlə dəstəklənən həmkar yaratmaq üçün intensiv tədqiqatlar aparırlar.
İsveçin Çalmers Universitetindən Ross King artıq 100-ə yaxın "robot alimi"nin yetişdirildiyini qeyd edir.
King və onun komandası 2009-cu ildə apardıqları araşdırmada "Robot alim Adam"ı təqdim ediblər. Kinq təkbaşına elmi araşdırma apara bilən bu ilk robot haqqında fikirlərini belə açıqlayıb : “Biz özbaşına yeni elmi ideyalar yarada, onları sınaqdan keçirə və düzgünlüyünü yoxlaya bilən robot yaratdıq.”
Robot alim Adem mayanın daxili quruluşu ilə bağlı apardığı araşdırmalarda orqanizmdə əvvəllər məlum olmayan bəzi genlərin funksiyalarını ortaya çıxarıb. Daha sonra həmin komanda robot-alim Havvanın dizaynını həyata keçirib. Havva həmçinin malyariya və digər tropik xəstəliklər üçün mümkün dərmanlar üzərində işləyir. Biz daha az xərclə elmi araşdırma apara bilərik, onlar 24/7 işləyirlər.”
Bununla belə, alim süni intellektin Nobel mükafatı alması üçün hələ çox yol getməli olduğunu bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...