22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Süni intellekt hər şeyi ələ keçirəcəkmi?

16-04-2024

Texnologiya nəhəngi “Microsoft”un həmtəsisçisi Bill Qeyts süni intellektlə bağlı diqqətçəkən açıqlamalar edib. Bill Qeyts süni intellektin sosial faydaları ilə bağlı ümumən optimist olsa da, indi bu texnologiyanın iş yerlərini əlindən ala biləcəyindən narahatdır.Bill Qeytsə görə alternativ enerji, sağlamlıq bioelmləri və yeni yaranan süni intellektlə əlaqəli sahələr gələcəyin 3 ən yaxşı karyerası ola bilər. 

Milyarder iş adamının sözlərinə görə, bu üç sahə insanların süni intellektdən ayıra bilməyəcəyi biznes sahələrini təmsil edir.

2024-cü il üçün proqnozları ilə bağlı Qeyts "İndi biz süni intellektin özbaşına hansı vəzifələri yerinə yetirə biləcəyini və hansı vəzifələrə kömək edə biləcəyini daha yaxşı başa düşürük"-deyərək səhiyyə və alternativ enerji sektorlarının süni intellektin gələcəyi üçün ən vacib və tətbiq oluna bilən sektorlar olduğunu bildirib.

Paylaş: