Şuşada “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfrans keçirilib
18 iyul 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən konfrans Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı “Tədbirlər Planı” çərçivəsində baş tutub.
Fhnews.az xəbər verir ki, Dövlət Komitəsindən verilən məlumata görə, konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin, şəhid əsgər və zabitlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Konfransı açıq elan edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayaraq bildirib ki, bütün dünya azərbaycanlıları və türk dünyasının milli-mənəviyyatının alınmaz qalası olan Şuşa həm hər birimizin qırılmaz tellərlə sıx bağlı olduğumuz bir şəhər olmaqla yanaşı, həm də cəsarətimizin rəmzidir.
Şuşanın Azərbaycanın tarixi və mədəniyyət mərkəzlərindən biri olduğunu vurğulayan Komitə sədri bu müqəddəs şəhərin həm də İslam mədəniyyətinə tarixi abidələri, memarlıq, ədəbiyyat və sənətkarlıq nümunələri ilə böyük töhfələr verdiyini qeyd edib.
Konfransın məqsədinə diqqət çəkən Komitə sədri İslam dininin qadınlara böyük dəyər verdiyini, onların hüquqları və inkişafına dair tənzimləyici qaydaları müəyyən etdiyini deyib. O, islam tarixində alim, mütəfəkkir və lider qadınların rolunu qeyd edərək, belə qadınların öz xeyriyyəçilik fəaliyyəti ilə seçildiyini, həmçinin mütəfəkkir ziyalılardan başlanan maarifçilik ruhu ilə proseslərin önündə gedərək insanları, xüsusilə qadınları maarifpərvərlik ideyalarını yaymaqla inkişafa və tərəqqiyə səslədiyini bildirib.
Azərbaycan qadınlarının uğurlarına diqqət çəkən Komitə sədri bu gün də onların dünyada sülh, təhlükəsizlik, rifah və inkişaf naminə mübarizəyə böyük töhfələr verdiyini, həm ölkə daxilində, həm beynəlxalq arenada geniş təmsil olunduğunu qeyd edib.
O, ölkəmizin son illərdə çox mühüm və güclü regional aktora çevrildiyini vurğulayaraq, Azərbaycanın nüfuzunun ildən-ilə artdığını, beynəlxalq arenada yerinin daha da möhkəmləndiyini qeyd edib: Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, ICESCO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və digər təşkilatlarla sıx əməkdaşlıq edir” deyə o əlavə edib. B. Muradova müvafiq təşkilatlarla Azərbaycan arasında əlaqələrin güclənməsində və faydalı olmasında ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinə xüsusilə diqqət çəkib.
Türk Dövlətləri Təşkilatının “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda qeyri-rəsmi Zirvə görüşünün Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirilməsinin təsadüfi olmadığını vurğulayan Komitə sədri Türk Dövlətləri Təşkilatının imzaladığı “Qarabağ Bəyannaməsi”nin bu təşkilatın beynəlxalq nüfuzunu daha da gücləndirməklə yanaşı, İslam dünyasının da inkişafına və tərəqqisinə mühüm töhfə verəcəyinə inamını ifadə edib.
Komitə sədri “Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkünün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıtdığını diqqətə çatdırıb: “Onlar həm bu torpağın sakinləri, həm dövlət, özəl və ictimaiqurumların rəhbərləri, siyasi partiyaların üzvləri, mütəxəssis, ekspert, media mənsubu, nəhayət, ana, həyat yoldaşı, qadın olaraq bu ərazilərinictimai, siyasi, mədəni həyatının bərabərhüquqlusubyekti kimi qayıdır. İslam mədəniyyətininpaytaxtı Şuşadan bütün dünyaya sülh, ədalət vətəhlükəsizlik naminə çağırış üçün qayıdır” - deyə o çıxışını sonlandırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında bildirib ki, Azərbaycan tarixdə qazandığı nailiyyətləri ilə bir çox ilklərə imza atıb. Azərbaycan qadınının İslam dünyasında mütərəqqi ənənələrin inkişafına nə qədər önəmli töhfələr verdiyini təsdiqləyən faktlar Xalqımızın böyüklüyünü, müdrikliyini, ümumbəşəri dəyərlərə bağlılığını göstərir.
Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərində ən həssas istiqamətlərdən birinin tarixi, dini və mədəniyyət abidələrinin bərpası olduğunu qeyd edən sədr əlavə edib ki, Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında birləşərək öz torpaqlarını işğaldan azad etdi. Bu, həm də 30 il ərzində dağıdılmış, yerlə yeksan edilmiş, təhqir olunmuş 67 məscidin azad edilməsi idi. Ona görə də Vətən müharibəsində qazandığımız zəfər nəinki Azərbaycan xalqı, həm də bütün İslam dünyası qarşısında ən böyük tarixi xidmətlərdən biridir.
R. Məmmədov diqqətə çatdırıb ki, işğaldan azad olunmuş torpaqlarda dini abidələrimizin, məscidlərimizin bərpası missiyasını başladan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü isə Azərbaycan qadının İslam dünyasındakı rolunu ən mükəmməl şəkildə ifadə edən nümunlərdən biri kimi tarixin yaddaşına yazılacaq.
Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağçı ailə və cəmiyyətin rifahının artırılması üçün qadınların sosial-iqtisadi həyatın hər mərhələsində yer almasının önəmini vurğulayıb. O qeyd edib ki, müsəlman ölkələri kimi Türkiyə və Azərbaycan tarix boyu atdığı addımlarla qadınlara verilən önəm və onların cəmiyyətdəki yeri və inkişafı sahəsində bir çox ölkələrdən öndədir.
Səfir hər iki ölkənin müvafiq nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə qurulması, qadın hüquqlarının inkişaf etdirilməsi sahəsində işbirliyinin əhəmiyyətini diqqətə çatdırıb. Türkiyə və Azərbaycanda bir çox dövlətdən öncə qadınlara seçmək və seçilmək hüququ verildiyini bildirən səfir, qadınların bərabərhüquqlu vətəndaş olaraq, cəmiyyətin və siyasi həyatın vacib aktoruna çevrildiyini qeyd edib.
Çıxış edən Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, qadının sağlamlığı və rifahı hər bir cəmiyyətin firavanlığının əsasıdır, dinin mahiyyətini dərk etmək isə sülhün və qarşılıqlı anlaşmanın açarıdır. O bildirib ki, müsəlman inancının əsas müddəalarını gender prizmasından obyektiv qiymətləndirməyə çalışmaq, həmçinin islamda və Quranda qadınlarla bağlı fikirləri təhlil etmək lazımdır. H. Hüseynova İslam dininin qadınların vəziyyətinin yaxşılaşdırılması və onlara daha etibarlı hüquqi statusun verilməsi baxımından müsbət təsir göstərdiyini bildirərək, qadının müstəqil şəxsiyyətinə təminat verdiyini və onu layiqli mövqeyə yüksəltdiyini vurğulayıb.
Millət vəkili insan haqlarının vacib amillərindən sayılan seçki hüququnu bir sıra Avropa ölkələrindən daha əvvəl əldə edən Azərbaycan qadınlarının bu gün təhsildə, səhiyyədə, mədəniyyətdə və elmdə böyük uğurlar qazanaraq dövlət quruculuğu proseslərinin əsas qüvvələrindən birinə çevrildiyini qeyd edib. Ümumiyyətlə, ötən tarixi dövr ərzində müsəlman qadınlarının sosial statusu daha da yüksəlmiş, onların cəmiyyət həyatında müxtəlif sahələrdə tamhüquqlu iştirakı təmin olunmuşdur.
Azərbaycan cəmiyyətində qadının rolunun tarixən önəmli olduğunu vurğulayan mədəniyyət nazirinin müavini Səadət Yusifova qadınların ailə institutunun əsas qoruyucusu kimi kişilərlə çiyin - çiyinə dayanaraq, daha böyük ailə olan xalqın, dövlətin, onun əsas dayaq sütunlarından olan milli-mənəvi dəyərlərin, ənənələrin, sülhün qorucusu olduğunu qeyd edib.
VII əsrin əvvəllərində bəşəriyyətin tarixini köklü şəkildə dəyişdirməyə başlayan İslam qadını, əbədi olaraq ən yüksək səviyyəyə qaldırır, qadının ailədə və cəmiyyətdə rolunu nəzərə alaraq, onunla hesablaşmağa, hüquqlarını tanımağa və qorumağa çağırır” - deyən nazir müavini əlavə edib ki, transmədəni coğrafiyada yerləşən Azərbaycanda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həllinə öz töhfələrini vermiş, Şərq intibahının mərkəzi fiqurlarından olmuşlar.
O qeyd edib ki, Azərbaycan qadını yeni nəsli dünyaya gətirmək, onu tərbiyə etmək, vətənə layiq böyütmək kimi çox vacib bir vəzifəni yerinə yetirməklə bərabər, ailənin möhkəmliyi və bütövlüyünün qorunması məsuliyyətini daşıyır. Azərbaycan qadınının dünyaya gətirib, vətənpərvər ruhda tərbiyə etdiyi övladlar 44 günlük Vətən müharibəsində vətəninə, torpağına və bayrağına nə qədər bağlı olduğunu bir daha sübut etdilər, qəhrəmancasına vuruşaraq, Vətən uğrunda canlarından keçərək ölkəmizin ərazi bütövlüyü bərpa etdilər.
S. Yusifova qadınlarımızın tarixin yeni dönəmində güclü, özgüvənli Azərbaycan quruculuğunda yenə də öndə olduğunu, doğma yurda qayıdışın xoş təfərrüatlarını yaşadığını və Böyük Qayıdışın əsas aparıcı qüvvəsi kimi, öz əməkləri ilə sülh quruculuğuna, yaçıl dünya naminə həmrəyliyə töhfə verdiklərini vurğulayıb.
Konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə “İslam dünyasında qadın: ənənə və müasir çağırışlar” mövzusu üzrə panel iclası formatında davam edib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...