22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Sumqayıtda qida təhlükəsizliyi ilə bağlı tələbləri pozan müəssisənin rəhbəri cərimələnib
 

29-08-2024
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Rustavi küçəsi, 20-ci məhəllədə fəaliyyət göstərən, fiziki şəxs Manafov Zaur Tofiq oğluna məxsus müxtəlif növ ədviyyatların qablaşdırılması müəssisəsində planlı yoxlama keçiriblər.

AQTA-nin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Aşkar olunmuş nöqsanlarla bağlı müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Paylaş: