22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Sultan I Əbdülhəmidin dövründən qalan “Soyağacı” tablosu bərpa olunur

15-01-2024

Milli Saraylar Rəsm Muzeyinin emalatxanasında Osmanlı saray rəssamlığının yeganə nümunəsi olan Sultan I Əbdülhəmidin dövründən qalma “Soyağacı” tablosu mütəxəssis qruplar tərəfindən bərpa edilir. Osmanlı sultanları tərəfindən satın alınaraq sifariş edilən 16-20-ci əsrlərə aid kolleksiyaların yer aldığı Milli Saraylar Rəsm Muzeyi yerli və xarici sənətsevərlərə rəsm əsərləri təqdim edir.

Muzeydəki rəsm bərpa və konservasiya emalatxanasında zəngin rəsm kolleksiyasından olan əsərlər ekspert qruplar tərəfindən aparılan bərpa işləri ilə yenidən nümayiş etdirilir.

Sultan I Əbdülhəmid (1774-1789) dövründə çəkilmiş üç “Şəcərə” əsərindən biri olan və Milli Saraylar Kolleksiyasına daxil edilən bu əsər üzərində diqqətlə araşdırma aparılır.

Qeyd edək ki, Osmanlı sarayında şəcərə ənənəsini başladan və aralarında kiçik fərqlər olan üç rəsmdən digər ikisi xaricdədir. 

Osmanlı İmperatorluğunun 27-ci sultanı I Əbdülhəmid dövründə yaradılan əsərlərdə ağacın budaqlarında sultanların portretləri medalyon çərçivələrində təqdim olunur. Sultan portretləri lentlə bir-birinə bağlanır. Osman Qazi yuxarıda, Sultan I Əbdülhəmid isə aşağıdadır. Ağacın arxasından Sultanəhməd məscidinin və meydanının mənzərəsi diqqəti çəkir. Tablonun restavrasiyasına yeni başlanıb.

Paylaş: