22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Su mühəndisliyinin  möcüzəsi olan tarixi Şamran Kanalı

18-05-2024
IMG

Urartu Krallığı dövründə Türkiyənin Van bölgəsində inşa edilən və dünya su mühəndisliyinin möcüzəsi hesab edilən 51 kilometr uzunluğundakı Şamran Kanalı İsveç və Hindistanda keçirilən su mükafatları yarışmalarında iki mükafat alıb.Qeyd edək ki, Urartu Kralı Menua tərəfindən Gürpınar rayonundan şəhər mərkəzinə su gətirmək üçün 3 min il əvvəl inşa edilən Şamran Kanalı günümüzə qədər gəlib çatmış və bu günə qədər istifadə edilən ən əhəmiyyətli Urartu memarlıqlarından biridir.

Dövlət Su İşləri Baş Müdirliyi tərəfindən keçən ilin avqust ayında İsveçin paytaxtı Stokholmda keçirilən yarışmada "Dünya Su Həftəsində Gənclik Su Mükafatı"na namizəd olan Şamran Kanalı "Üstün Müvəffəqiyyət Mükafatı"na, noyabr ayında Hindistanın Visakhapatnam şəhərində keçirilən 25-ci Su Konqresində isə "Dünya İrsi Suvarma Quruluşları Mükafatı"na da layiq görülüb.

Van sərhədləri içərisində əhəmiyyətli bir tarixi abidə olan kanal iqlim şəraitindən, sel və sürüşmələrdən illər boyu ziyan görüb. 1936-37-ci illərdə Şamran kanalının çökən hissələrində ciddi baxım və təmir işləri aparılıb.Dağılan ərazilər təmir olunaraq təmizlənsə də, sonrakı illərdə yenidən problemlər yaşanıb.Beləki, 1945-ci ildə Van zəlzələsindən sonra Dövlət Su İşləri Baş Müdirliyi tərəfindən təmir edilən kanal yenidən istifadəyə verilib və qismən dəyişikliklər edilib.

Paylaş: