Su altında tapılan 3000 illik heykəl
İtaliyada vulkanik gölün dibində yarımçıq qalmış 3000 illik heykəl tapılıb. Əsəri hazırlayan şəxsin barmaq izlərinin olduğu heykəlin ritual məqsədlər üçün istifadə edildiyi güman edilir.
Qeyd edək ki, Romadan təxminən 80 kilometr şimal-qərbdə yerləşən Bolsena gölünü kəşf edən dalğıclar keçən ay gil heykəl aşkar ediblər.Təxminən 15 santimetr hündürlüyündə olan heykəlin tikintisi yarımçıq qalıb.
İtaliya Mədəniyyət Nazirliyinin Arxeologiya, Gözəl Sənətlər və Landşaft Müfəttişliyindən verilən açıqlamaya görə, qadın görünüşlü heykəldə əsəri hazırlayan şəxsin barmaq izləri var. Etruriya adlanan tarixi bölgədə yerləşən kiçik heykəldə parça naxışının izinə rast gəlinir.
Heykəlin yerləşdiyi vulkanik göldə Gran Carro adlı arxeoloji qazıntı sahəsi də var. Bu ərazinin eramızdan əvvəl 10-9-cu əsrlər arasında qurulan və sonralar sular altında qalan kənd olduğu düşünülür.
Arxeoloqlar Dəmir dövrünə aid qəbirlərdən də oxşar heykəllərin tapıldığını deyirlər və gil heykəlin ritual məqsədlər üçün istifadə oluna biləcəyini təxmin edirlər. Heykəlin məzarlıqdan deyil, insanların yaşadığı ərazidən tapılması onun məişət ayinlərində istifadə olunduğunu göstərir.
Tədqiqatçılar kəndin çox güman ki, Romanın qurulmasından əvvəl Etrusk Sivilizasiyasının ilk dövrlərində Villanova Mədəniyyəti dövründə salındığını bildirirlər.1960-cı illərdən bəri bir çox əsərin üzə çıxarıldığı bölgə Dəmir dövrü həyatına işıq salır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...